Vaxt.Az

“Belə bir təşkilat yoxdur”


 

Kolumbiya Prezidenti ABŞ-ın Maduro iddiasını yalanladı

“Belə bir təşkilat yoxdur” Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronun narkotik qaçaqçılığı ilə məşğul olan “Cartel de los Soles”in lideri olduğu iddiasını yalanlayıb.

Petro, “X” hesabından etdiyi açıqlamada, ABŞ-ın Maduro hökumətinə qarşı ittihamlarına reaksiya verib.

““El Cartel de los Soles” adlı bir təşkilat yoxdur. Bu, sağçıların özlərinə tabe olmayan hökumətləri devirmək üçün uydurduğu bir bəhanədir. Kolumbiya vasitəsilə keçən narkotikləri isə Narkotik Qaçaqçılığı Şurası nəzarət edir və baronlar Avropa və Yaxın Şərqdə yaşayır”.

 

“Daha çox demokratiya ilə həll edilə bilər”

 

“ABŞ-ə və Venesuelaya bu kartelləri birlikdə aradan qaldırmaq təklifində bulundum. Bu, boyun əymək deyil, koordinasiya məsələsidir. Venesueladakı siyasi problem yalnız venesuelalıların öz arasında, dialoq və daha çox demokratiya ilə həll edilə bilər. Karbonsuz bir Venesuela hədəfimiz olmalıdır. Böyük Kolumbiya, həyatın qlobal gücü olacaq, Latın Amerikası birliyi və sülhün əsas dayağı olmalıdır”, – deyə Petro bildirib

ABŞ hökuməti avqustun 8-də Venesuela Prezidenti Maduronun həbs edilməsi və ya məhkum olunmasına dair məlumat verən şəxslərə əvvəlki 25 milyon dollar olan mükafatı 50 milyon dollara yüksəltdiyini açıqlamışdı.

ABŞ Maduronun 10 ildən çoxdur “Cartel de los Soles”in lideri olduğunu iddia edir və ABŞ Maliyyə Nazirliyi 25 iyulda “Cartel de los Soles”i Xüsusi Təyin Edilmiş Qlobal Terrorçu (SDGT) kimi tanımışdı.

ABŞ Prezidenti Donald Tramp əvvəllər imzaladığı fərmanla, Latın Amerikası mənşəli narkotik kartellərinə qarşı yerində mübarizə məqsədilə ordunun daha fəal və effektiv istifadəsini əmr etmişdi. CNN-ə danışan iki yüksək rütbəli ordu rəsmisi, Trampın əmri ilə bölgəyə 4 min dəniz piyadası və müxtəlif vəzifələri icra edəcək digər dənizçilərin göndərilməsi qərarının alındığını qeyd etmişdi.

Venesuela Prezidenti Nikolas Maduro, ABŞ-ın tutuklanması üçün mükafat məbləğini artırmasından sonra 4,5 milyondan çox yaraqlıların ölkə daxilində yerləşdiriləcəyini açıqlamışdı.

Petro avqustun 2-dəki açıqlamasında ABŞ-ın Venesuelaya ola biləcək müdaxiləsinin regionu Suriyaya çevirə biləcəyinə dair xəbərdarlıq etmişdi.

 

Venesuela sərhəddə qüvvə yerləşdirib

 

Digər tərəfdən, Venesuela Daxili İşlər, Ədalət və Sülh naziri Diosdado Kabello, sərhəd keçidlərini təhlükəsizləşdirmək məqsədilə Kolumbiya sərhədinə 15 min əsgər və polis qüvvəsinin yerləşdiriləcəyini açıqladı.

Kabello dövlət televiziyasına bildirib ki, sərhəd bölgəsindəki Zulia və Taçira əyalətlərinə təhlükəsizlik qüvvələri yerləşdiriləcək. O, həm kişi, həm də qadınlardan ibarət 15 minlik qüvvənin dərhal yerləşdirilməsinə başlanacağını və bunun Taçira sərhədinə qədər uzanacağını qeyd edib. Kabello həmçinin Kolumbiya hökumətindən də sərhəd boyunca sülhün təmin olunmasını istəyib.

 





26.08.2025    çap et  çap et