Vaxt.Az

Trampın əlindəki ləkə yenidən gündəmə gəldi


 

Ağ Ev açıqlama yaydı

Trampın əlindəki ləkə yenidən gündəmə gəldi ABŞ Prezidenti Donald Trampın, Oval kabinetdə keçirdiyi mətbuat konfransında sağ əlində görünən tünd ləkə onun sağlamlıq vəziyyətini yenidən müzakirəyə çıxardı.

Tramp Oval kabinetdə Cənubi Koreya Prezidenti Li Ja Myunq ilə görüş zamanı diqqət çəkən bir görüntü ilə obyektivlərə düşdü. Sağ əlindəki ləkə ABŞ Prezidentinin sağlamlığı ilə bağlı müzakirələri yenidən alovlandırdı.

Görüntülərdən sonra Trampın damar yolu ilə müalicə aldığı və ya mütəmadi qan testləri etdirdiyi iddiaları ortaya çıxmışdı. 79 yaşlı Prezidentin əlində, əvvəlki həftələrdə də makiyajla gizlədilməyə çalışıldığı düşünülən qançır tipli ləkələr müşahidə edilmişdi və sağlamlıqla bağlı iddialar gündəmə gəlmişdi.

Ağ Ev Trampın əlindəki morluğun “tez-tez əl sıxmasından və standart kardiovaskulyar profilaktika tədbirləri çərçivəsində istifadə etdiyi aspirindən” qaynaqlandığını açıqladı.

“Bu vəziyyət, tez-tez əl sıxmaq və kardiovaskulyar profilaktikanın bir hissəsi olaraq qəbul edilən aspirindən yaranan yüngül yumşaq toxuma qıcıqlanması ilə uyğun gəlir. Aspirin istifadəsinin yaxşı məlum və təhlükəsiz yan təsiridir”.

Trampın keçmiş həkimi, Nümayəndələr Palatası üzvü Ronni Cekson isə Prezidentin “bu ölkənin gördüyü ən sağlam prezident” olduğunu təkrar etdi.

Ağ Ev sözçüsü Karolin Leavitt, ötən ay Trampın sağlamlığı ilə bağlı açıqlamasında, Prezidentin alt baldırlarında yüngül şişlik müşahidə edildikdən sonra aparılan müayinələr nəticəsində “xroniki venoz çatışmazlığı” diaqnozu qoyulduğunu bildirmişdi. Xroniki venoz çatışmazlığı xüsusilə 70 yaşdan yuxarı şəxslərdə tez-tez rast gəlinən bir problem olduğu və Trampın sağlamlıq vəziyyətinin mükəmməl olduğu vurğulanmışdı.

Tramp, fevral ayında Fransa Prezidenti Emmanuel Makronu Oval kabinetdə qəbul etdikdə və ötən ay Şotlandiyada Avropa Komissiyası Prezidenti Ursula Von der Leyen ilə görüşdükdə də əlində makiyaj olduğu görünmüşdü.

 





26.08.2025    çap et  çap et