Hadisə, əyalətin şimal-şərqində, dağ ətəyində yerləşən Porepunkax şəhərində baş verib. Hücumla bağlı polis rəsmiləri ətraflı məlumat verməyib, lakin yerli media, o cümlədən ABC, iki polisin öldüyünü, birinin yaralandığını və cinayətkarın qaçdığını bildirir.
Viktoriya Polis Departamenti açıqlamasında, “İstintaq hələ də davam edir. Operativ olaraq təhlükəsizlik təmin olunduqda daha ətraflı məlumat paylaşacağıq. İnsanları bölgədən uzaq durmağa çağırırıq”, – deyilir.
“The Age” qəzetinin məlumatına görə, polis əməkdaşları cinsi istismar iddiaları ilə bağlı axtarış əmri yerinə yetirmək üçün hadisə yerinə gediblər. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.