Vaxt.Az

Sabiq rəis müavini intihar edib


 

Mafioz DİN rəsmisi dindirilmə zamanı özünü pəncərədən atıb

Sabiq rəis müavini intihar edib Rusiya DİN Korrupsiyaya qarşı mübarizə idarəsinin sabiq rəis müavini Boris Kolesnikov İstintaq İdarəsində dindirilmə zamanı pəncərədən özünü ataraq intihar edib.


Məlumata görə, Korrupsiyaya qarşı mübarizə idarəsinin sabiq rəis müavini 2014-cü ilin fevralında həbs edilmişdi.

Kolesnikov səlahiyyətlərindən sui-istifadə və mütəşəkkil cinayətkar dəstənin yaradılması üzrə cinayət işinin əsas fiqurantlarından idi.

İstintaqın zamanı Kolesnikov ona qarşı sürülən ittihamları rədd edərək qanun çərçivəsindən kənara çıxmadığını iddia edirdi.

Faktla bağlı Rusiya DİN-də araşdırma aparılır. (APA)

 





16.06.2014    çap et  çap et