Tramp kabinet iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən, FED sədri Cerom Paueli (Jerome Powell) pis bir məsləhətlə vəzifəyə namizəd göstərdiyini deyib. O, Pauelın ABŞ-a böyük maliyyə itkisi yaşatdığını və daşınmaz əmlak bazarına zərər vurduğunu iddia edib.
Liza Kukun bu qərara qarşı məhkəməyə müraciət edəcəyinə dair
sualı cavablandıran Tramp belə deyib:
“Mənim həmişə hüquqi mübarizələrim olub. İllərlə saxtakar insanlarla hüquqi
mübarizə aparmışam. (Kuk) bir qayda pozuntusu etmiş kimi görünür, amma o, belə
bir qayda pozuntusu edə bilməz, xüsusən də bu qayda pozuntusunu, çünki yaxşı
düşünsəniz, o, ipoteka faizlərinə görə məsuliyyət daşıyır”.
Tramp, Kukun yerinə yeni namizəd düşünüb-düşünmədiyinə dair suala isə bu vəzifə üçün yaxşı namizədlər olduğunu bildirib.
O, Paueli “çox gec” ləqəbi ilə xatırladaraq ABŞ iqtisadiyyatına xeyli pul itirdiyini, eləcə də daşınmaz əmlak bazarını zəiflətdiyini qeyd edib. Tramp əlavə edib ki, sektor ümumilikdə yaxşı vəziyyətdə olsa da, Pauein yüksək faiz dərəcələri səbəbindən daha güclü ola bilməyib.
Tramp bildirib ki, bu problemi tezliklə həll edəcəklər: “Xoşbəxtlikdən çox tez gedir. FED Sədrinin müddəti tezliklə başa çatır. Çox qısa bir müddətdə əksəriyyəti əldə edəcəyik. Əksəriyyət bizdə olduqda hər şey əla olacaq, daşınmaz əmlak bazarı canlanacaq və hər şey mükəmməl olacaq”.
Tramp həmçinin yüksək faizlərə diqqət çəkərək daşınmaz əmlak sektorundakı yeganə problemin bu olduğunu deyib: “Faiz dərəcələrini bir az endirməliyik və bunu etdiyimiz zaman çox böyük fərq olacaq”.