Bankın açıqlamasına görə, qlobal neft bazarında dərinləşəcək təklif artıqlığı bu ucuzlaşmada əsas rol oynayacaq.
Proqnoza görə, 2025-ci ilin dördüncü rübündən 2026-cı ilin dördüncü rübünə qədər olan dövrdə bazarda gündəlik orta hesabla 1,8 milyon barel təklif artıqlığı yaranacaq. Bu proses nəticəsində qeyd edilən müddətin sonunda dünya üzrə neft ehtiyatlarının təxminən 800 milyon barel artacağı bildirilir.