BOTAŞ-ın rəsmi saytında yayımlanan məlumatlara görə, iyun ayında 4 boru xətti üzrə ümumilikdə 22 milyon 501 min barel xam neft daşınarkən, iyulda bu göstərici 22 milyon 382 min barel olub.
Türkiyədə İraq-Türkiyə, Ceyhan-Qırıqqala, Batman-Dördyol, Dördyol-Ceyhan və Bakı-Tiflis-Ceyhan (BTC) olmaqla beş xam neft boru kəməri fəaliyyət göstərir. Lakin İraq-Türkiyə kəməri vasitəsilə uzun müddətdir İraq mənşəli neft daşınmır.
İyul ayında BTC boru kəməri ilə daşınan neft həcmi 16 milyon 947 min barel olub və əvvəlki aya nisbətən təxminən 2% azalma göstərib. İyun ayında bu göstərici 17 milyon 297 min barel idi. BTC-dən gələn neft iyul ayında son beş ayın ən aşağı səviyyəsində olub.
Eyni dövrdə Ceyhan-Qırıqqala kəmərindən 3 milyon 31 min, Batman-Dördyol xəttindən 1 milyon 653 min, Dördyol-Ceyhan kəmərindən isə 751 min barel neft daşınıb.