ABŞ Ticarət Nazirliyinin məlumatına görə, gecə saatlarında yayımlanan açıqlamada, qiymət manipulyasiyasına qarşı və kompensasiyaedici gömrük vergilərinin müəyyən edilməsi məqsədilə aparılan araşdırma nəticəsində, Türkiyədən idxal olunan korroziyaya davamlı polad məhsullarına 6,48%-dən 13,47%-ə qədər əlavə gömrük vergisi tətbiq olunacağı bildirilib.
ABŞ Polad Sənayesi və İdxal Məhsulları üzrə Beynəlxalq Ticarət Komissiyası (ITC), idxalın ABŞ polad sənayesinə zərər verib-vermədiyini müəyyən edəcək.
Açıqlamada vurğulanıb: “ABŞ polad şirkətləri və işçiləri bərabər şərtlərlə rəqabət etməyə layiqdir. ITC tərəfindən sözügedən ölkələrlə ticarətin ABŞ sənayesinə zərər verdiyi qərarı çıxarılarsa, Ticarət Nazirliyi qiymət manipulyasiyasına qarşı və kompensasiyaedici vergilərin tətbiqi üçün göstəriş verəcək”.