Avqustun 27-dən etibarən Türkiyədə benzinin litrə qiymətinə 1,19 TL (5 qəpik) artım edilib.
Yeni qiymətlə benzinin litrə qiyməti 52,81 TL-ə (2.19 manat) çatıb və beləliklə rekord səviyyəyə yüksəlib.
Dizel üzrə isə qiymət dəyişməz qalıb.
Qeyd edək ki, ilin əvvəlində benzinin litrə qiyməti 34,58 TL (1,43 manat) idi. Bu son artımla birlikdə ilin əvvəlindən bəri benzinin qiymətində təxminən 53% artım baş verib.
çap et