ANS PRESS-in məlumatına görə, özünü Ukraynanın eks prezidenti Viktor Yanukoviçin oğlu kimi təqdim edən dələduz Lukaşenkodan «ata»sı üçün siyasi sığınacaq xahiş edib.
Aleksandr Lukaşenko Viktor Yanukoviçi qəbul etməyə razılaşıb və Yanukoviçin Belarus əsilli olduğunu qeyd edib.
Aleksandr Lukaşenko həmçinin bildirib ki, Yanukoviçin özü sığınacaq haqqında şəxsən ondan xahiş etməyib.