Vaxt.Az

“Ölkənin ehtiyacı olan bir addımdır”


 

Tramp Respublikaçı liderlərlə “Əhatəli cinayət qanunu” üzərində işləyir

“Ölkənin ehtiyacı olan bir addımdır” ABŞ Prezidenti Donald Trump Çərşənbə günü Konqresdəki Respublikaçı liderlərlə “əhatəli cinayət qanunu” üzərində işlədiyini açıqlayıb.

Tramp “Truth Social” platformasındakı paylaşımında, “Nümayəndələr Palatasının sədri Mayk Conson (Mike Johnson) və Senatın lideri Con Tun (John Thune) mənimlə və digər Respublikaçılarla birlikdə Əhatəli Cinayət Qanunu üzərində işləyirlər. Bu, ölkəmizin ehtiyacı olan bir addımdır”.

Avqust ayının əvvəlində Tramp, Vaşinqtonda artan cinayət və qanunsuzluq hallarını əsas gətirərək Milli Qvardiya qüvvələrini səfərbər etmişdi. O, həmçinin Baltimor və Çikaqo daxil olmaqla Demokratların nəzarətində olan şəhərlərə hərbçi göndərmək hədəsi də etmişdi.

Bununla yanaşı, Tramp Milli Qvardiya bölmələrinin patrul zamanı silah daşımasına icazə verib.

Avqustun əvvəlində Tramp Konqresə müraciət edərək, Vaşinqton polis departamentinə əlavə səlahiyyət verəcək və şəhərin abadlaşdırılması layihələrinə daha çox maliyyə təmin edəcək bir cinayət qanunu qəbul etdirəcəyini bildirmişdi.

 





27.08.2025    çap et  çap et