Tam hündürlüyü açıqlanmasa da, binanın min metrdən çox və 130-dan artıq mərtəbəyə sahib olması gözlənilir.
Binada hotel, ofislər, rezidentlər və 157-ci mərtəbədə dünyanın ən yüksək baxış platforması yerləşəcək. Bundan əlavə, 59 lift, beş cüt mərtəbəli lift və 12 eskalator nəzərdə tutulub.
Layihənin inşaatı 2013-cü ildə başlanmış, lakin 2018-ci ildə layihənin podratçıları ilə bağlı hüquqi proseslər səbəbindən dayanmışdı. Ardından COVID-19 pandemiyası layihəni bir dəfə daha ləngitmişdi.
Son dövrlərdə isə işlər yenidən sürətlənib.
Ekspertlərin fikrincə, Çin kimi ölkələr super-yüksək binalara məhdudiyyətlər qoyarkən, Orta Şərqin kapital gücü və daha elastik qaydalar sayəsində rekord layihələr üçün önə çıxır.
Ciddədəki "Ciddə Tower", Səudiyyə Ərəbistanının iqtisadiyyatı diversifikasiya etmək vizyonunun bir hissəsidir. Krallıq eyni zamanda "Neom" adlı meqa inşaat layihəsi və digər turizm yatırımları ilə diqqət çəkməyi hədəfləyir.