Vaxt.Az

Avstraliya səfiri qovdu


 

Sinaqoqda baş verən yanğında İranın barmağının olduğu müəyyən edilib

Avstraliya səfiri qovdu Avstraliya ötən il ölkədəki yəhudi müəssisələrinə qarşı törədilən hücumların məsuliyyətini İran hökumətinə yükləyərək, İran səfiri Əhməd Sadeqi (Ahmad Sadeghi) haqqında “arzuolunmaz şəxs” qərarı verdi və onu ölkədən çıxardı.

Avstraliya Baş naziri Antoni Albanez (Anthony Albanese), Sadeqi ilə yanaşı 3 İranlı rəsminin də ölkədən çıxarılmasına qərar verildiyini açıqladı.

Albanez bildirdi ki, ötən il Melburndə bir sinaqoq və Sidneydə bir marketə qarşı baş verən yanğın hücumlarının arxasında İran hökumətinin dayandığına dair etibarlı kəşfiyyat məlumatları əldə edilib.

Avstraliya Milli Təhlükəsizlik Agentliyinin direktoru da hücumların İran tərəfindən idarə olunan şəxslər tərəfindən törədildiyini bildirib.

Qərarın ardından Avstraliyanın Tehrandakı səfirliyində bütün fəaliyyətlər dayandırılıb, eyni zamanda İrandakı bütün Avstraliya diplomatları ölkəni tərk edib.

İran Xarici işlər naziri Abbas Araqçı (Abbas Arakchi) isə hücumlarda iştirak etdiklərinə dair iddiaları rədd edib.

 





27.08.2025    çap et  çap et