“Forbes” jurnalının araşdırmasına görə, “Grok”dakı bu söhbətlər “Google” və “Bing” kimi axtarış motorları vasitəsilə əldə edilə bilirdi. Xüsusilə şifrələr, tibbi məlumatlar, psixoloji suallar kimi həssas məzmunun açıq olması ciddi narahatlıq yaradıb.
Məlumatların sızmasının səbəbi “Grok”un söhbət paylaşma funksiyasıdır. İstifadəçilər söhbətləri e-poçt və ya mesaj vasitəsilə paylaşarkən sistem unikal bir link yaradır. Lakin bu linklər axtarış motorları tərəfindən indeksləndiyi üçün söhbətlər hər kəs üçün əlçatan olur. Çox istifadəçi bunun fərqində deyildi.
Sızdırılan söhbətlərdə yalnız zərərsiz məlumatlar yox, eyni zamanda çox təhlükəli məzmunlar da var idi:
Fentanil və metamfetamin kimi qanunsuz maddələrin hazırlanma qaydaları
Bomba istehsalı ilə bağlı məlumatlar
Zərərli proqram təminatı hazırlama üsulları
İstifadəçilərdən biri tərəfindən paylaşılmış açıq şifrə
Yüklənmiş vizual fayllar
Tibbi və psixoloji intim suallar
Sızma yalnız adi istifadəçiləri deyil, həmçinin jurnalistlər və süni intellekt tədqiqatçılarını da əhatə etdi.
“OpenAI” oxşar sızmadan sonra “ChatGPT”də “Paylaş” funksiyasını axtarış motorlarında görünməz hala gətirmişdi. “xAI” tərəfindən isə hələlik rəsmi açıqlama verilməyib.