Ciddi təhlükə ilə üz-üzə olduqlarının xüsusi qeyd edən Bayru, "Bunu həll etməliyik, əks halda gələcəyimiz yoxdur" ifadəsini işlədərək, etimad səsverməsinin millət vəkillərinin bu təhlükənin ciddiliyini qəbul edib-etməyəcəklərini və həll yolunu dəstəkləyib-dəstəkləməyəcəklərini göstərəcəyini bildirdi.
Əksəriyyət təmin edilməzsə, hökumət istefa verəcək
Bayru, "Bəzi anlar olur ki, sadəcə hesablanmış bir risk daha böyük təhlükədən qaçmağa imkan verir. Bu, dövlətimizin varlığı, millətimizin nüfuzu və hər bir ailənin gələcəyi üçün bir məsələdir" dedi.
Fransanın müəyyənedici bir an yaşadığını vurğulayan Bayru, "Əgər hökumət etimad səsverməsində əksəriyyəti təmin etsə, yoluna davam edəcək. Lakin əksəriyyəti əldə edə bilməsə, hökumət istefa edəcək", – deyib.
Makron üçün də vəzifədən uzaqlaşdırma prosesi başladılacaq
Fransada "Təslim olmayan Fransa" (La France Insoumise – LFI) partiyasının aparıcı siması Jan-Lük Melanson, Baş nazir Fransua Bayru hökumətinin Milli Məclisdə keçiriləcək etimad səsverməsindən keçə bilməməsi halında Prezident Emmanuel Makron üçün də vəzifədən uzaqlaşdırma prosesi başladacaqlarını açıqladı.