Vaxt.Az

Türkiyə müharibəyə hazırlaşır?


 

Ölkənin bütün şəhərlərində sığınacaqlar tikiləcək

Türkiyə müharibəyə hazırlaşır? Türkiyəli jurnalist Zəfər Şahin ölkədə müasir sığınacaqların tikintisi üçün işlərə başlandığını bildirdi. 81 bölgədə tikiləcək sığınacaqlar tərəfindən inşa ediləcək.

Türkiyənin təhlükəsizliyi ilə bağlı diqqətçəkən bir iddia gündəmə gəlib. Jurnalist Zəfər Şahin Türkiyənin ətrafının “od dairəsi” döndüyünü bildirərək ölkədə yalnız Ankara Qalasının altında, İkinci Dünya müharibəsi dövründə tikilmiş bir sığınacaq olduğunu söylədi.

Mümkün bir müharibə, fəlakət və ya nüvə təhlükəsi halında Türkiyənin sığınacaq yerinin olmadığını vurğulayan Şahin paylamasında diqqətçəkən bir kulis məlumatını da ötürdü. Şahin 81 bölgədə sığınacaq tikintisi üçün işlərə başlandığını, bu sığınacaqların “TOKİ” (Toplu Konut İdaresi Başkanlığı – Kütləvi Yaşayış İdarəsi Rəhbərliyi) tərəfindən tikilməsinin planlaşdırıldığını irəli sürdü.

“Türkiyənin ətrafı alovlara qərq olub. Və belə bir ölkədə tək bir sığınacaq var! O da Ankarada, İkinci Dünya müharibəsi dövründə Ankara qalasının altına tikilib. Müasir şərtlərə uyğundurmu, bəlli deyil”, – deyə jurnalist bildirib.

 





27.08.2025    çap et  çap et