Qırğızıstan Fövqəladə Hallar Nazirliyi zirvədə ilişib qalan Rus alpinist Natalya Naqovitsinanın itkin olduğunu rəsmi elan etdi.
Rus "Kommersant" qəzetinin məlumatına görə, 7 min metrdən yüksək hündürlükdə olan qadına iki həftədir çatıla bilmir.
Nazirliyin mətbuat katibi Adil Çarıqov “TASS” xəbər agentliyinə verdiyi açıqlamada, "Heç kim onun həyatını və ya ölümünü rəsmi təsdiqləyə bilmədiyi üçün itkin elan edilib" dedi.
Avqustun 12-də Naqovitsinanın ayağı qırılıb və dağdan təxliyə edilə bilinməyib. Rusiya Fövqəladə Hallar Nazirliyi qadının sağ qalma şansının çox aşağı olduğuna inanır.
Naqovitsinanı xilas etmək üçün son cəhd avqustun 25-ə planlaşdırılmışdı. Rus alpinistə əvvəlcə pilotsuz uçuş aparatı (PUA), sonra isə helikopter göndəriləcəkdi, lakin pis hava şəraiti səbəbilə bu mümkün olmayıb.
Oğlu qadının sağ ola biləcəyi mövzusunda israr edir. Rusiya Federasiyası Araşdırma Komitəsi Rusiya Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edərək alpinistin xilas edilməsinə kömək vədi verdi.