Vaxt.Az

«Putindən üzr istəməlidirlər»


 

Ramzan Kadırov: «Xarici işlər naziri əvəzi Andrey Deşiça isə istefa etməlidir»

«Putindən üzr istəməlidirlər» Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov hesab edir ki, Ukraynanın xarici işlər naziri əvəzi Andrey Deşiçınin bəyanatından sonra, bu ölkənin hakimiyyəti Rusiya Federasiyasının prezidenti Vladimir Putindən üzr istəməlidir.


ANS PRESS-in məlumatına görə, Deşiça şənbə günü Kiyevdə Rusiya Federasiyasının səfirliyinin binasına gələrək Putinin ünvanına ədəbsiz təhqirlər etmişdi.

«Belə ədəbsiz fikirləri, hətta vuruşan ölkələrin vəzifəli şəxsləri də özünə rəva görmür. Mən əminəm ki, bu ölkənin hakimiyyəti hər səhər öz kobud hərəkəti üçün ictimai üzrlərdən başlamalıdır. Deşiça bütün Rusiya xalqını, bütün Böyük Rusiyanı təhqir etdi. Bunun üçün o, cavab verməli olacaq», - deyə Kadırov Instagram-da öz səhifəsində yazıb.

«Əgər Deşiça diziüstə qalxmağa təxmin etmədisə, onda ona onu başa salacaqlar! Deşiça dərhal istefa etməlidir! Onun başqa çıxış yolu yoxdur. Ukrayna hakimiyyəti Putindən üzr istəməlidir», deyə Kadırov qeyd edib.

 





16.06.2014    çap et  çap et