Keçən il ölkədə ən azı 14 gənc elektron siqaret istifadəsi səbəbindən ağciyər qanaması keçirdi, dörd uşaq isə komaya girdi. Həkimlərin “veyp epidemiyası” adlandırdığı vəziyyətə baxmayaraq məhsulun populyarlığı getdikcə artır. 12 ilə 16 yaş arası hər 7 gəncdən biri hər ay müntəzəm olaraq elektron siqaret istifadə edir.
“Snapchat”da uşaqların siqaret almaq üçün istifadə etdiyi arqo ifadələr arasında “vippa”, “paff” və “poffertyes” yer alır. Leyden Universiteti Tibb Mərkəzi (LUMC) və “Antoni van Leevenhoek” Xəstəxanasının apardığı təcrübəyə görə, 13 yaşlı bir uşaq “Snapchat”də “şabba” və ya “paff” yazdıqda çoxsaylı satıcıya çata bilir. Böyüklər eyni axtarışları etdikdə isə alqoritmlər və dostluq şəbəkələri səbəbilə daha az satıcı ilə qarşılaşırlar.
Araşdırmanın ilk mərhələsində 12-16 yaş arası gənclərin orta hesabla 55 satıcı ilə əlaqə qura bildiyi müəyyən edildi. Məsələn, “gerroes” axtarışı zamanı 7 satıcı, “vippa” və “peuk” ifadələri ilə isə 5-dən çox satıcı tapıla bilir. “Peuk” axtarışı ilə tapılan satıcıların sayında da artım müşahidə edildi.
Hollandiya Qida və İstehlakçı Məhsulları Təhlükəsizliyi qurumu (NVWA) sosial mediada, xüsusilə “Snapchat”da “qadağan edilmiş siqaretlərin satıldığı yüzlərlə elan aşkarladığını bildirdi. Qurum bu məzmunların platforma tərəfindən bloklanması lazım olduğunu vurğulayıb.
Həkimlər mövcud tədbirlərin təsirsiz olduğunu bildirərək Hollandiya İstehlakçı və Bazar Nəzarət Qurumu (ACM)-ə rəsmi müraciət etdi. Məqsəd “Snapchat”ın məcburi qaydalar və ya pul cərimələri ilə nəzarət edilməsidir.
“Snapchat” avqustun 8-də bəzi tədbirlər həyata keçirdiyini elan etdi, lakin detalları açıqlamadı. Şirkət küçə dili və emoji aşkarlama sistemi ilə valideyn nəzarətində yaxşılaşdırmalar edildiyini iddia etdi. ACM-nin rəsmi müraciətinə cavab olaraq isə gəncləri qorumaqda qərarli olduqlarını və pis niyyətli şəxslərin qarşısını almaq üçün böyük investisiyalar etdiklərini bildirdi. Lakin araşdırma nəticələri bu tədbirlərin praktikada işləmədiyini ortaya qoydu.
Avropa Birliyi qanunları “Snapchat”ı bağlayır
Avropa Birliyinin Rəqəmsal Xidmətlər Qanunu (DSA) “Snapchat” kimi uşaqların girişinə açıq platformaların müvafiq tədbirlər görməsini tələb edir. Şirkətin öz qaydalarında da qanunsuz fəaliyyətlər, elektron siqaret satışı qəti qadağandır deyilir.