S.Freyzerin qeyd edib ki, Krım hadisələri və Ukraynadakı mövcud vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə tənzimlənməsinin vacibliyini önə çəkib: «Azərbaycanın ərazisinin böyük hissəsi işğal edilib. Avropada ən çox qaçqın və məcburi köçkünlər Azərbaycanın payına düşür. Onların çoxu Qarabağın ətrafında olan və işğal edilən rayonlardan gəliblər. Ermənistan əslində blokadadadır. Münaqişənin həll edilməməsi regionun inkişafına mənfi təsir göstərir. Tiflis və Vaşinqtonda azərbaycanlılar və ermənilər bir yerə toplaşırlar, ümumi münaqişələrin həlli yollarını müzakirə edirlər. Münaqişənin həllində əsas prinsiplərə əməl edilməlidir».
S.Freyzer qeyd edib ki, Laçın dəhlizi və s. mövzuları liderlərlə yanaşı deputatlar, vətəndaş cəmiyyətinin nümayəndələri müzakirə etməlidir: «Müvəqqəti status formalaşdırlmalıdır. Münaqişənin həllindəki texniki problemlərin həll edilməsində müvəqqəti statusun yaradılması vacibdir. Qarabağın statusunun həll edilməsi ilə bağlı sonda səsvermə olacaq. Bu səsvermə neçə olacaq bilmirik. Krımda aparılan səsvermə prosesinin nəticəsini də gördük. Burada riyakarlığa yol verilməməlidir. Sülhməramlı qüvvələrini ora gətirmək lazımdır? Bəlkə ondan sonra Ermənistan geri çəkilə bilər. Münaqişənin həll edilməsində vətəndaş cəmiyyətinin rolunu artırmaq lazımdır. Azərbaycanda vətəndaş cəmiyyəti stress altındadır. Azərbaycan QHT-lərinə yardım edilməsi məsələsini yenidən nəzərdən keçirmək lazımdır. Danışıqlar qarşılıqlı şəkildə aparılmalıdır. Vətəndaş cəmiyyətlərinə şərait yaradılmalıdır».