Vaxt.Az

Rahiblər monastırı basdı


 

Baş yepiskopun həyatı təhlükədə

Rahiblər monastırı basdı Misirin Sinay yarımadasının baş yepiskopu Damianos yayımladığı video-müraciətdə həyatının təhlükə altında olduğunu bildirərək, Misir və Yunanıstan hökumətlərinə onu mümkün təhdidlərdən qorumaq üçün çağırış edib.

Bu çağırış, dünən qovulan müxalif rahiblərin Müqəddəs Katerina Monastırının qapılarında gözləyərək yenidən içəri girməyə çalışdıqları və gərginliyin yüksək olduğu bir vaxtda gəlib.

Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, baş yepiskopun yaxınları Damianos monastırda olarkən üsyankar rahiblərin zorla içəri girməyə cəhd göstərdiklərini bildiriblər. Onların baş yepiskopun həyatını təhdid etdikləri və mümkün hüquqi addımlar barədə siqnallar verdikləri qeyd olunub.

Son saatlarda dəfələrlə yardım çağırışları edilsə də, Misir polisi cavab verməyib. Polis qüvvələri monastırın yaxınlığında yerləşdirilsə də, hələlik müxalif rahibləri dayandırmaq üçün müdaxilə etməyiblər. Mənbələr hətta üsyançıların içəri buraxılması barədə təkliflərin olduğunu deyirlər.

Damianosa qarşı çıxan rahiblər dünəndən monastırın qapısı önündə gözləyirlər. Baş yepiskopu dünən də monastırı ziyarət etmiş və bir daha müxaliflərin uzlaşmaz mövqeyi ilə üzləşmişdi.

Digər rahiblər üsyançıları uzaqlaşdırmağa müvəffəq olsalar da, monastırdakı qarışıqlıq davam edir.

 





27.08.2025    çap et  çap et