Vaxt.Az

“Yaxşı hazırlanmış olmalıdır”


 

Kremldən Putin-Zelenski görüşünə dair açıqlama

“Yaxşı hazırlanmış olmalıdır” Kreml Ukraynada sülhün təmin olunması üçün ABŞ-ın göstərdiyi səyləri yüksək qiymətləndirib və bu ay Alyaskada keçirilən ABŞ-Rusiya zirvəsini mənalı və zəruri adlandırıb.

Lakin Peskov jurnalistlərə açıqlamasında Moskvannın Kiyevə təhlükəsizlik zəmanəti ilə bağlı Avropanın təkliflərini mənfi qiymətləndirdiyini deyib.

O, Rusiyanın uzun müddətdir davam edən mövqeyini təkrarlayaraq, NATO ölkələrindən heç bir əsgərin Ukraynaya göndərilməməli olduğunu vurğulayıb.

Peskov həmçinin qeyd edib ki, Rusiya və Ukrayna liderləri arasında keçiriləcək hər hansı görüş yaxşı hazırlanmış olmalıdır və Vladimir Putin ilə Vladimir Zelenski arasında yaxın vaxtlarda sülh zirvəsinin keçiriləcəyi barədə iddiaları bir daha təkzib edib.

“İstənilən yüksək səviyyəli və ya ən yüksək səviyyəli təmasın effektiv ola bilməsi üçün yaxşı hazırlanmış olması vacibdir”, – deyə Kremlin sözçüsü əlavə edib.

Peskov onu da bildirib ki, Rusiya və Ukrayna danışıqlar qruplarının rəhbərləri əlaqə saxlayır, lakin gələcək görüşlər üçün hələlik tarix müəyyən edilməyib.

 





27.08.2025    çap et  çap et