Vaxt.Az

“Tənbələ maaş yoxdur”


 

CDU-dan sosial yardım açıqlaması

“Tənbələ maaş yoxdur” CDU və CSU partiyaları suriyalı və əfqanıstanlı sığınmacıların əmək bazarına qazandırılmasının vacibliyini vurğulayır. Yardım alan əcnəbilərin payı 48%-ə çatıb.

CSU lideri Markus Zöder və CDU baş katibi Karsten Linemann bildiriblər ki, tənbəllərin artıq demək olar ki, heç bir sosial yardım almaması gərəkdir. Onların sözlərinə görə, vətəndaşlıq maaşı alanların çox daha böyük hissəsinin işə yönləndirilməsi hədəflənir.

Bundestaqda CDU/CSU fraksiyasının sədr müavini Matius Middelberq xüsusən əcnəbilərə, əsasən də əfqan və suriyalılara diqqət çəkib. CDU-ya mənsub siyasətçiyə görə, suriyalıların 52,8%-i, əfqanların isə 46,7%-i vətəndaşlıq maaşı alır. Middelberq qeyd edib ki, bu göstəricilər polyaklar və rumınlarla müqayisədə çox daha yüksəkdir. Onun sözlərinə görə, sosial təminat sisteminə daxil olan məşğulluq səviyyəsi suriyalılarda 36,7%, əfqanlarda isə 37% civarında qalır.

Uzun illərdir sosial yardımlara ayrılan dövlət xərclərinin artdığı vurğulanır. Yardım alanlar arasında əcnəbilərin payı da nəzərəçarpacaq dərəcədə yüksəlib. Federal hökumətin məlumatına görə, ilin əvvəlində 2,6 milyon əcnəbi vətəndaşlıq maaşı alırdı. Bu, ümumi yardım alanların 48%-nə bərabərdir. 15 il əvvəl bu rəqəm cəmi 20% idi.

Yardım alan əcnəbilər arasında ən böyük qrupu 706 min nəfərlə ukraynalılar təşkil edir. Onları 512 min nəfərlə suriyalılar və 201 min nəfərlə əfqanlar izləyir.

 





27.08.2025    çap et  çap et