“Ryazan-Moskva” neft məhsulları kəməri paytaxt regionunu yanacaqla təmin edən əsas arteriyalardan biri idi. Onun uzunluğu təxminən 197 kilometrdir. Kəmər vasitəsilə Moskvaya gündə təxminən 14 min ton yanacaq çatdırılırdı. Onun əsas mənbəyi Rusiyanın ən iri müəssisələrindən biri, ildə 19 milyon tona qədər neft emal etmək gücünə malik olan Ryazan Neft Emalı Zavodudur.
Ukrayna kəşfiyyatının məlumatına görə, kəmərin qeyri-müəyyən müddətə dayandırılması paytaxtda yanacaq qıtlığına səbəb ola bilər. Hazırda yanacaqdoldurma məntəqələrində vəziyyət sabitdir, lakin təmir işləri uzanarsa, vəziyyət tez bir zamanda dəyişə bilər – benzin növbələri adi hala çevrilə bilər.
Görünən odur ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft-qaz infrastrukturuna zərbələri intensivləşdirməklə yanaşı, hədəfləri yavaş-yavaş Moskvaya yaxınlaşdırırlar.