Vaxt.Az

“Sev ya da sevmə, işləyir”


 

Trampdan enerji siyasətində kömür və nüvə mesajı

“Sev ya da sevmə, işləyir” ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı keçirilən hökumət iclasında enerji sahəsində çıxış edərək ölkədə kömür və nüvə enerjisinin yenidən yüksəlişdə olduğunu bildirib.

Tramp nüvə enerjisini “təhlükəsiz və ucuz” adlandıraraq, külək və günəş enerjisinə qarşı çıxdığını vurğulayıb: “Nüvə enerji hazırda çox dəbdədir – həm təhlükəsiz, həm də ucuzdur. Külək turbinlərinə icazə vermirik. Günəş panellərini də istəmirik. Onlar minlərlə hektar kənd təsərrüfatı torpaqlarını işğal edir”.

Prezident həmçinin ABŞ-da istehsalın, o cümlədən avtomobil sənayesinin geri qayıtdığını, süni intellektin inkişafı üçün böyük məlumat mərkəzlərinin inşa edildiyini açıqlayıb. Tramp “Meta”nın (Facebook) Manhetten adasının 81%-i böyüklüyündə data mərkəzi tikməyi planlaşdırdığını qeyd edib və əlavə edib ki, süni intellektin inkişafı üçün iki, hətta üç qat artıq elektrik enerjisinə ehtiyac olacaq.

Çini misal gətirən Tramp deyib ki, Pekin hazırda 58 kömür elektrik stansiyası inşa edir və bunun səbəbi bu enerjinin işlək olmasıdır. “Biz burada kömürdən deyil, təmiz kömürdən – hətta çox təmiz kömürdən danışırıq”, – deyə o vurğulayıb.

Tramp külək və günəş enerjisini qeyri-sabit və məhdudiyyətli adlandıraraq bildirib ki, böyük müəssisələri işlətmək üçün bu enerji mənbələri kifayət etmir:

“Külək turbinləri ölkəni məhv edir, həm də çirkin görünür, quşları öldürür. Əgər evinizdən külək turbinləri görünürsə, evinizin dəyəri 50% aşağı düşür”.

O, Avropanı nümunə göstərərək, xüsusən Böyük Britaniyada enerji qiymətlərinin artmasını külək enerjisi ilə əlaqələndirib və bəzi ölkələri özlərinə ziyan vurmaqda ittiham edib.

Tramp sonda mesajını belə tamamlayıb: “Sev ya da sevmə, fosil yanacaqlar işləyir. Meqa zavodların işləməsi üçün onlar vacibdir. Buna nüvə enerjisini də əlavə edə bilərsiniz”.

 





27.08.2025    çap et  çap et