Ən çox maliyyə alan təşkilat “Sozialdienst muslimischer Frauen e. V.” (SmF) olub. 2016-cı ildən bəri 13.471.809,68 avro dövlət dəstəyi alan qurum, bu vəsaiti “Menschen stärken Menschen”, “Haltung zeigen – Vielfalt stärken”, “Demokratie leben!”, “41 mal Maschallah: 41 Frauengeschichten” və “Muslimische Spuren in deutscher Heimat” kimi layihələrə yönəldib.
İkinci sırada “Malikitische Gemeinde Deutschland e. V.” yer alır və təxminən 4 milyon avro fond alıb. Bu vəsaitlər də “Menschen stärken Menschen”, “#Hochkultur&Teilhabe” və “Empowerment” və rəqəmsallaşma yönümlü təhsil proqramları” layihələrində istifadə edilib.
DITIB (Dəyanət İşləri Türk İslam Birliyi) “Menschen stärken Menschen” və “Demokratie leben!” proqramları çərçivəsində 1,8 milyon avrodan çox dəstək alıb. “Zentralrat der Muslime in Deutschland” (ZMD) isə “Demokratie leben!” layihələrinə təxminən 700.000 avro ilə qatılıb.
“Ahmadiyya Muslim Jamaat” 2017-2024-cü illər arasında 500.000 avrodan çox dövlət fonu alıb. “Alevitische Gemeinde Deutschland” üçün isə təxminən 300.000 avro dəstək ayrıldığı qeyd olunub. Bundan əlavə, müxtəlif kiçik dərnək və qurumlara da fərdi fondlar verilib.
AfD deputatlarının məqsədi, müsəlman dərnək və icmaların dövlət vəsaitlərindən hansı səviyyədə yararlandığını öyrənmək idi. Federal hökumət cavabında qeyd edib ki, ayrılan maliyyə vəsaiti illər ərzində artıb və bu dəstək qanuni sosial rifah və inteqrasiya proqramları çərçivəsində təmin olunub.