Vaxt.Az

Bessentdən Pauelə çağırış


 

Nazir FED sədrindən daxili audit keçirməsini istəyib

Bessentdən Pauelə çağırış ABŞ Maliyyə Naziri Skott Bessent, Federal Ehtiyat Sistemi (FED) idarə heyəti üzvü Liza Kuk barədə yayılan ipoteka fırıldaqçılığı iddialarının ardından FED Prezidenti Cerom Pauelə FED-in daxili auditini həyata keçirməsi çağırışı edib.

Dünən “Fox Business”ə müsahibəsində danışan Bessent, Pauelli xarici yoxlama aparmadan əvvəl bu auditin FED daxilində yerinə yetirilməsini təşviq etdiyini bildirdi.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kuk-un ipoteka fırıldaqçılığına qarışdığını iddia etməsindən sonra, iki gün əvvəl onu idarə heyəti üzvlüyündən çıxarmaq üçün addım atmışdı. Kukun vəkili isə buna qarşı məhkəməyə müraciət etməyi planlaşdırır.

Bessent Kukun heç vaxt mən etmədim demədiyini, daim prezidentin onu vəzifədən ala bilməyəcəyini söylədiyini vurğuladı. Eyni zamanda, FED-in hesabat verməyən bir qurum olduğunu və ABŞ xalqı ilə əlaqəsinin yüksək səviyyədə etimad üzərində qurulduğunu, bu kimi hadisələrin isə bu etimadı zəiflədə biləcəyini qeyd etdi.

FED rəhbərliyində əksəriyyətə sahib olub-olmaması ilə bağlı sual verildikdə isə Bessent, bütün FED rəsmilərinin müstəqil olduğunu bildirdi.

Bundan əlavə, may 2026-da başa çatacaq Pauelin rəhbərlik vəzifəsindən sonra yeni başçının seçilməsi prosesinin davam etdiyini söylədi. Bayram tətilindən sonra namizədlərlə görüşəcəyini, daha sonra digər rəhbər rəsmilərlə birlikdə Trampa üç-dörd ad təqdim edəcəyini deyib. Bessent Trampın qərarının payızda dəqiq müəyyənləşəcəyini bildirib.

***

ABŞ-Çin ticarət gərginliyi və müzakirə prosesinə də toxunan Bessent, görüşlərdə hər şeyin masada olduğunu qeyd edib. O, Çinli həmkarı ilə oktyabrın sonu və ya noyabrın əvvəllərində yenidən görüşəcəyini açıqladı: “Bu mövzuda son dərəcə diqqətli irəliləyirik. Hər iki tərəf prosesi böyük hörmətlə qarşılayır”.

 





27.08.2025    çap et  çap et