Vaxt.Az

Benzində talon sistemi


 

Rusiyada yanacaq ixracına qoyulan qadağa uzadıldı

Benzində talon sistemi Rusiyada benzinin qiymətində artım davam etdiyi üçün hökumət benzin ixracı ilə bağlı qadağanı uzadıb.

Rusiya hökumətinin açıqlamasında bildirilib ki, daxili bazarda sabitliyin təmin olunması məqsədilə yeni qərar qəbul olunub.

Qərara əsasən, benzin ixracına qoyulan məhdudiyyətlər istehsalçılar və istehsalçı olmayan şirkətlər üçün 31 oktyabra qədər qüvvədə qalacaq. Bununla yanaşı, istehsalçılar üçün tətbiq edilən qadağanın 1 oktyabrdan etibarən aradan qaldırılması planlaşdırılır.

Xatırladaq ki, Rusiya hökuməti iyulun 28-də qiymətlərin rekord həddə yüksəlməsi fonunda benzin ixracını 31 avqusta qədər dayandırmışdı. Lakin qiymətlərdə artımın davam etməsi hökuməti yeni məhdudiyyətlər tətbiq etməyə məcbur edib.

Ekspertlərin fikrincə, ölkədə benzin qiymətlərində bahalaşmaya əsas səbəb neft emalı zavodlarına edilən pilotsuz uçuş aparatlarının hücumları və xüsusilə kənd təsərrüfatı sektorunda artan tələbatdır.

Dünyanın ən böyük enerji ixracatçılarından biri olan Rusiya hər il 40 milyon tondan çox benzin istehsal edir.

 





28.08.2025    çap et  çap et