Vaxt.Az

Bill Qeytsdən zəngin qəzetçi


 

Milyarderə verilən dərs – həqiqi sərvət ürəkdədir

Bill Qeytsdən zəngin qəzetçi Dünyanın ən zəqgin insanlarından biri olan Bill Qeyts, keçmişdə başına gəlmiş kiçik, amma dərs dolu bir hadisəni xatırlayaraq insanlara əsl sərvətin yalnız pulda olmadığını göstərir.

Hekayəyə görə, Qeytsin hələ zəngin olmadığı illərdə, Nyu-Yorkun səs-küylü hava limanlarından birində kiçik bir qəzet satıcısı ilə qarşılaşması həyatının unudulmaz anlarından biri olub. Qısa boylu, təmiz amma sadə paltarlı bu qəzetçi, səliqəli papaq taxmış və əlinə aldığı qəzeti diqqətlə təqdim edirdi. O an Qeytsin cibindəki pulu qəzet almaq bəs etmirdi.

O, qəzetçi ilə danışaraq, “Mənim kifayət qədər pulum yoxdur, sənə bunu verə bilmərəm” deyə bildi. Qəzetçi isə sadəcə gülümsəyərək cavab verdi: “Bunu sənə pulsuz verərəm”, – deyib qəzeti israrla gələcək milyarderə verdi.

Üç ay sonra Qeyts yenə həmin hava limanına gəldi. Yenə qəzet almaq istədi, ancaq pulunun qəzetə almağa kifayət etmədiyini gördü. Qəzetçi yenə qəzetlə ona pulsuz verdi: “Alabilirsən, qazancım bu xərci qarşılayacaq”.

İllər keçdi, Qeyts dünya şöhrəti qazandı, milyarder oldu. Bir gün qəzetçini tapmaq qərarına gəldi və soruşdu: “Məni tanıyırsan?” Qəzetçi gülümsəyərək cavab verdi: “Bəli, sən Bill Qeytssən!”

– Sən mənə pulsuz qəzet vermisən.

– Həm də iki dəfə.

Qeyts daha sonra, “O gün mənə verdiyin köməyin qarşılığını ödəmək istəyirəm. Nə istəyirsənsə de, verəcəyəm”, – dedi.

– Cənab Qeyts, sənin indi etmək istədiyin yardımın mənim köməyimə bərabər olacağına inanırsanm?

– Niyə də yox?

– Cənab Qeyts, Mən sənə kömək edəndə kasıb bir qəzet satıcısı idim. İndi dünyanın ən zəngin adamısan və mənə kömək etməyə çalışırsan. Sənin yardımın mənimki ilə necə eyni ola bilər?”

“O gün anladım ki, qəzetçi məndən daha zənginmiş. Çünki birinə yardım etmək üçün zəngin olmağı gözləmirdi. İnsanlar anlamalıdır ki, həqiqətən pulu yox, qəlbi zəngin olanlardır. Başqalarına yardım etmək üçün zəngin bir ürəyə sahib olmaq çox önəmlidir. Çox şeyin olduğu halda nəsə vermək asandır, verəcək çox şeyin olmadığı halda nə isə vermək çətindir”.

 





28.08.2025    çap et  çap et