Rusiya Sakit Okean Donanmasından verilən yazılı açıqlamada, Rusiya sualtı gəmilərinin avqust ayının əvvəlindən bölgədə patrul fəaliyyətlərinə başladığı bildirilib.
Açıqlamada qeyd edilib ki, patrul-nəzarət əməliyyatlarından sonra Rusiya və Çin dəniz qüvvələrinin iştirak etdiyi “Dəniz Əlaqəsi-2025” təlimi keçirilib və bunun ardından hər iki ölkənin sualtı gəmiləri ilk dəfə Yaponiya və Şərqi Çin dənizində birgə manevrlər həyata keçirib.
Qeyd olunur ki, Rusiya və Çin ilk birgə hərbi təlimlərini 2005-ci ildə Sarı dənizdə keçirib və 2012-ci ildən bəri müxtəlif bölgələrdə birgə təlimlər təşkil edirlər.