“Fra’ Galgario” ləqəbli İtalyan portret rəssamı Cüzeppe Gislandi (Giuseppe Ghislandi) tərəfindən hazırlanmış “Contessa Colleoni” adlı əsər, Buenos-Ayres yaxınlığındakı sahil qəsəbəsində satışa çıxarılan mülkün fotoşəkilində evin salonun divanın üzərində asılmış halda görünüb.
Hollandiya qəzeti AD uzun müddət apardığı araşdırmalar nəticəsində tabloyu daşınmaz əmlak elanından tapıb. Əsər Hollanda Mədəniyyət Nazirliyinin qeydlərində hələ də “geri verilməmiş” kimi qeyd olunub.
Tablo, Yakob Qoudstikkerin (Jacob Goudstikker) nasistlərdən qaçmağa çalışarkən öldürülməsindən sonra kolleksiyasında olan 1 100-dən çox əsərlə birlikdə Nasist Almaniyasının Hava Qüvvələri Komandanı Hermann Görinq (Hermann Göring) tərəfindən zorla alınmışdı. Savaşdan sonra bəzi əsərlər mirasçılarına qaytarılsa da, bu tablo tapılmamışdı.
Araşdırmalar göstərir ki, əsər Görinqin yaxınında olan nasist zabiti Fridrix Kadgien (Friedrich Kadgien) əlinə keçib və o, müharibədən sonra Braziliya, daha sonra isə Argentinaya qaçıb. Kadgienin ailəsi uzun illər tablo ilə bağlı suallara cavab verməyib.
Sənət tarixçiləri ev elanındakı tablonun ölçü, rəng və kompozisiya baxımından itkin əsərlə tam uyğun olduğunu bildirir, lakin əsərin dəqiq təsdiqi üçün yerində incələnməsi vacibdir.
Qoudstikkerin mirasçısı Marey von Zaher (Marei von Saher) tabloyu geri almaq üçün mübarizəni davam etdirəcəyini və “Ailəmiz Yakobun kolleksiyasından oğurlanmış hər bir əsəri geri gətirməyi və mirasını şərəfləndirməyi hədəfləyir”, – deyib.