Vaxt.Az

Almaniyada “PayPal” panikası


 

10 milyard avrodan çox məbləğ bloklandı

Almaniyada “PayPal” panikası Almaniyada banklar “PayPal” vasitəsilə həyata keçirilən 10 milyard avrodan çox ödənişi “fırıldaq şübhəsi” ilə bloklayıb. “Süddeutsche Zeitung” qəzetinin məlumatına görə, keçən həftə milyonlarla şübhəli avtomatik ödənişi aşkar edilib və üç gün əvvəl əməliyyatlar dayandırılıb.

“PayPal” bildirib ki, problem banklarla aparılan əməliyyatlara təsir edən müvəqqəti xidmət kəsintisindən qaynaqlanıb və aradan qaldırılıb. Lakin bəzi bank mənbələri bloklanmış məbləğin “yüz milyonlarla milyard avro arasında” olduğunu vurğulayıb.

Normalda saxta əməliyyatları süzgəcdən keçirən “PayPal”ın təhlükəsizlik sistemi keçən həftə demək olar ki, tamamilə işləməyib və bunun nəticəsində nəzarətsiz ödəniş tələbləri banklara ötürülüb.

Almaniyadakı Əmanət Bankları və Köçürmə Sistemi Birliyi icazəsiz “PayPal” ödənişlərinin xüsusilə Almaniyada və ümumilikdə Avropada ödəniş sistemlərinə ciddi təsir etdiyini açıqlayıb. Problemin çərşənbə günü “Sparkasse” müştəriləri üçün normallaşdığı, tənzimləyici qurumların da məlumatlandırıldığı bildirilib.

Hadisədən sonra “PayPal” səhmləri Nyu-York birjasında açılışda 1,9% dəyər itirib.

 





28.08.2025    çap et  çap et