Vaxt.Az

“Dosta güvən, düşmənə qorxu verəcək”


 

“Polad Qübbə”nin təqdimat mərasimi dünya mətbuatında

“Dosta güvən, düşmənə qorxu verəcək” Türkiyənin “ASELSAN” şirkətinin “Polad Qübbə” (“Çelik Kubbe”) Hava Müdafiə Sisteminin təqdimat mərasimi dünya mətbuatında geniş yer alıb. Türkiyə Prezident Rəcəb Tayyip Ərdoğanın qatıldığı mərasimdə “ASELSAN” Gölbaşı Məskənində keçirilən “Polad Qübbə” Hava Müdafiə Sisteminin nümayişi əks-səda doğurub.

Yunanıstan Dövlət Televiziyası ERT Prezident Ərdoğanın layihəni “Demokratiya tariximizdə müdafiə sənayesində edilən ən böyük sərmayə” olaraq qiymətləndirdiyini diqqətə çatdırıb.

İngiltərə mətbuatı “Independent” qəzeti xəbər başlığında “Ərdoğan, “Polad Qübbə” hava müdafiə sistemini təqdim etdi” sözlərini işlədib və sistemin müdafiə tələbləri baxımından dönüş nöqtəsi olduğunu vurğulayıb.

Birləşmiş Ərəb Əmirlikləri mərkəzli “The National” qəzeti isə “Ərdoğan Türkiyənin hava müdafiə sistemlərini nümayiş etdirdi” başlığı ilə çıxış edib və Türkiyə dövlət başçısının “Dosta güvən, düşmənə qorxu verdi” sözlərinə diqqət çəkib.

“Reuters” və “Bloomberg” isə Oğulbey Texnologiya Bazası sərmayələrini ön plana çıxarıb.

Banqladeş mətbuatında isə UNB xəbərində “Polad Qübbə” sisteminin texniki xüsusiyyətlərinə yer verilib.

 





28.08.2025    çap et  çap et