Vaxt.Az

Milli futbolçu Türkiyəyə gedir


 

Mahir Şükürov «Karşıyaka» klubu ilə anlaşıb

Milli futbolçu Türkiyəyə gedir Futbol üzrə Azərbaycan yığmasının aparıcı oyunçusu Mahir Şükürov karyerasını Türkiyədə davam etdirə bilər. Bu haqda mətbuata Türkiyənin «Karşıyaka» klubunun baş məşqçisi Yusuf Şimşək açıqlama verib.


Klub rəhbərliyi baş məşqçi Yusuf Şimşəkin istəyi ilə Mahirlə danışıqlar aparıb və razılıq əldə edib.

Şükürovu uzun müddətdir izlədiyini deyən Yusuf Şimşək futbolçunun hazırda İzmirdə olduğunu bildirib: «İzmirə gələn oyunçu ilə rəhbərlik danışıqlar aparır. Artıq razılaşıblar. Transfer bitmək üzrədir».

Qeyd edək ki, Mahir artıq bir dəfə Türkiyədə çıxış edib. 2004-cü ildə Mahir Şükürov «Antalyaspor»un formasını geyinib. 2010-cu ildə yenidən ölkə xaricinə çıxan futbolçu «Anji»in uğurları üçün çalışıb. Son olaraq «Neftçi»nin formasını geyinən millimizin üzvü əvvəllər «Gənclərbirliyi», «Şəfa», «Karvan», «İnter», «Xəzər Lənkəran», «Olimpik» və «Qəbələ»də çıxış edib. (axar.az)

 





16.06.2014    çap et  çap et