Vaxt.Az

Argentina prezidentinə sui-qəsd?


 

Xavyer Miley daşlı hücuma məruz qaldı

Argentina prezidentinə sui-qəsd? Argentina Prezidenti Xavyer Miley Buenos-Ayresdə keçirilən açıq tədbirdə etirazçıların hücumu ilə üzləşdi. Maşınına daş atılan Miley təhlükəsizlik komandası tərəfindən sürətlə hadisə yerindən uzaqlaşdırıldı.

Buenos-Ayresdə yaxınlaşan yerli və aralıq seçkilər üçün kampaniya aparan Argentina Dövlət Prezidenti Xavyer Miley müxaliflərin qalası hesab edilən “Lomas de Zamora” bölgəsində qəzəbli bir izdihamla qarşılaşıb.

İzdiham Mileyin konvoyuna daş və şüşə atıb. Daşlardan biri Mileyin olduğu yük maşınına dəyib.

Hücuma baxmayaraq, Mileyin konvoyu sürətlə hadisə yerindən uzaqlaşıb. Milei-nin sözçüsü bildirib ki, hadisə zamanı heç kim xəsarət almayıb.

Buenos-Ayresdə yerli seçkilər sentyabrın 7-də keçiriləcək. Seçki Mileyin hakimiyyətini gücləndirməsi üçün bir fürsət kimi qiymətləndirilir.

 





28.08.2025    çap et  çap et