Vaxt.Az

Rusiya ilə müharibə hazırlıqları artır


 

Almaniyada yeni Milli Təhlükəsizlik Şurası yaradıldı

Rusiya ilə müharibə hazırlıqları artır Almaniya kansleri Fridrix Merz və Müdafiə Naziri Boris Pistorius dünən ölkənin təhlükəsizlik strukturunu gücləndirmək məqsədilə Milli Təhlükəsizlik Şurasının (NSC) yaradıldığını açıqladılar.

Yeni şura silah ixracı və müdafiə siyasətlərinə cavabdeh Federal Təhlükəsizlik Şurası ilə böhran zamanı toplanan Təhlükəsizlik Kabinetini bir çətir altında birləşdirib. Beləliklə, Almaniya təhlükəsizlik və müdafiə sahəsində qərarvermə proseslərini sürətləndirməyi hədəfləyir.

Kansler Merz bildirib ki, NSC həm uzunmüddətli strateji planlaşdırma, həm də böhran anlarında sürətli qərarvermə vəzifəsini yerinə yetirəcək: “Rusiya və digər mənbələrdən gələn təhdidlər qarşısında daha sürətli, daha yaradıcı və daha qərarlı olmalıyıq”.

Yeni şura sədr, doqquz nazir, təhlükəsizlik və kəşfiyyat qurumlarının nümayəndələri və lazım olduqda NATO və Aavropa Birliyi (AB) rəsmilərinin iştirakı ilə toplanacaq. Məqsəd, nazirliklərin fərqli sahələrdə ayrı-ayrılıqda çalışdığı “parçalı təhlükəsizlik yanaşmasını” sona çatdırmaqdır.

Ekspertlər qeyd edirlər ki, şura Almaniyanın təhlükəsizlik memarlığında bir “dönüm nöqtəsi”dir və NSC həmçinin AB və NATO qarşısında Berlinin daha güclü bir tərəfdaş olaraq görünməsini təmin edəcək.

Əvvəlki hökumət dövründə oxşar struktur gündəmə gəlsə də, koalisiya tərəfdaşları arasındakı razılaşmazlıqlar səbəbindən həyata keçirilə bilməmişdi. Merz rəhbərliyindəki hökumət isə bu dəfə layihəni tamamlayıb.

 





28.08.2025    çap et  çap et