Əvvəllər ictimaiyyətə açıqlanmayan yenilənmiş rəqəmlər hazırda 649 aktiv yoluxma halı olduğunu göstərir. “East Foundation” təsərrüfat şirkətinin rəhbəri Nil Uilkins (Neal Wilkins) , “Bu, açıq şəkildə narahatlıq doğurur. Xüsusilə də çox isti aylarda yoluxma hallarının ay ərzində 50% artması, prosesin nəzarətdən çıxdığını göstərir”, – deyib.
Halların böyük əksəriyyəti iribuynuzlu heyvanlarda aşkarlanıb. Amma Meksika hökumətinin məlumatları itlər, atlar və qoyunlarda da yoluxmanın yayıldığını göstərir.
Vidalı qurd nədir?
Vidalı qurdları isti qanlı heyvanları canlı şəkildə yeyən və həm mal-qara sürülərinə, həm də yerli vəhşi təbiətə böyük zərər vuran parazitlər kimi tanınır.
2023-cü ildə başlayan epidemiyadan sonra vidalı qurdlar Mərkəzi Amerikadan şimala – Meksikaya doğru irəliləyib və ABŞ sərhədinə yaxınlaşıb. Amerikalı fermerlər və heyvandarlıq sektoru nümayəndələri bildirirlər ki, bu zərərvericilərin Texasa çatması təxminən 1,8 milyard dollarlıq itkiyə səbəb ola bilər. ABŞ-ın ən böyük iribuynuzlu heyvan istehsalçısı olan Texas ştatı risk altındadır.
Dişi vidalı qurd milçəkləri isti qanlı heyvanların yaralarına yüzlərlə yumurta qoyur. Yumurtalar açıldıqda, sürfələr iti, qarmaqlı ağızları ilə canlı əti deşib keçir. Onlar qidalanır, yaranı böyüdür və əgər müalicə olunmazsa, nəticədə heyvanı öldürür.
ABŞ-da ötən üç gün əvvəl epidemiyanın yayıldığı ölkələrdən gələn bir səfərlə əlaqədar vidalı qurduna insan yoluxması halı da qeydə alınıb.