Vaxt.Az

“Terror və barbarlıq”


 

Fransadan Rusiyaya qınama

“Terror və barbarlıq” Fransa Prezidenti Emmanuel Makron, Rusiyanın Ukraynaya qarşı hücumları zamanı yaşayış məntəqələrinin və mülki infrastrukturun da hədəf alındığını bildirərək Kremlin siyasətini sərt şəkildə qınayıb.

Makron “X” sosial media platformasında paylaşımında, “Bir gecədə Ukraynanın üzərinə 629 raket və PUA (pilotsuz uçuş aparatı): Rusiyanın sülh arzusu tam olaraq budur. Terror və barbarlıq”, – yazıb.

Fransa lideri, hücumlar zamanı Avropa Birliyinin (AB) Ukraynadakı nümayəndəliyinin yerləşdiyi binanın, həmçinin Böyük Britaniya mənşəli, beynəlxalq təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən “British Council” təşkilatına məxsus binanın da zərər gördüyünü açıqlayıb.

Makron, “Fransa, böyük qəddarlıqla həyata keçirilən bu inanılmaz hücumları ən kəskin şəkildə qınayır” deyərək Ukrayna xalqına dəstəyini ifadə edib, həyatını itirənlərin ailələrinə başsağlığı verib.

AB Komissiyasının Genişlənmədən Məsul üzvü Marta Kos da Rusiya ordusunun Kiyevə endirdiyi hava zərbəsi nəticəsində AB Nümayəndəliyi binasının zədələndiyini açıqlamışdı.

Ukrayna Prezidenti Vladimir Zelenski isə Rusiya ordusunun paytaxt Kiyevə endirdiyi hücum nəticəsində 3-ü uşaq olmaqla 14 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirmişdi.

 





28.08.2025    çap et  çap et