Vaşinqton rəhbərliyi ABŞ-ın texnologiya nəhəngi “Microsoft”un Müdafiə Nazirliyinin (Pentaqon) kompüter sistemləri ilə bağlı Çinli mühəndislərdən dəstək almasının gündəmə gəlməsindən sonra müvafiq addım atdı.
Heqset “X” sosial media platformasında yayımladığı video paylaşımında bildirib ki, Pentagonun bulud sistemində Çin vətəndaşlarının iştirakı dayandırılıb.
O qeyd edib ki, “Microsoft” təxminən 10 ildir uzaqdan nəzarət olunan Çinli mühəndislər vasitəsilə həssas Pentaqonun bulud sistemlərinə giriş təmin edirdi və bu nazirliyi “qəbulolunmaz riskə” atırdı.
Heqset bildirib ki, məsələ araşdırılıb və nəticədə hərəkətə keçilib: ““Microsoft”a bu təhlükəsizlik pozuntusunu sənədləşdirən rəsmi narahatlıq məktubu göndərdik. “Microsoft”dan tələb edirik ki, onların rəqəmsal dəstək proqramı, Çin vətəndaşları tərəfindən hazırlanmış kodlar və təqdimatlar da daxil olmaqla, üçüncü tərəf tərəfindən yoxlansın”.
Pentaqon mütəxəssisləri məsələnin detalları barədə araşdırma aparmaq üçün xüsusi vəzifəyə cəlb edilib. Heqset, “Əlavə olaraq bütün Müdafiə Nazirliyi proqram təminatçıları, Pentaqon sistemlərində Çin müdaxiləsini aşkar edib dayandırmalıdır”, – deyib
“Microsoft”un Pentaqon kompüter sistemləri ilə bağlı Çinli mühəndislərdən yardım aldığı və ABŞ-ın öz personalının bu prosesi kifayət qədər nəzarət etmədiyi iddiaları iyul ayında gündəmə gəlmişdi.
Ən həssas məlumatların təhlükəyə atıldığı bildirilmiş, Respublikaçı senator Tom Kotton da Nazirlikdən mövzu ilə bağlı açıqlama tələb etmişdi.
Heqset vəziyyətin qısa zamanda araşdırılacağını bildirib, “Microsoft” isə narahatlıqlar ortaya çıxdıqdan sonra texniki dəstək üçün Çinli mühəndislərdən artıq yardım alınmayacağını açıqlamışdı.