Ukrayna Hərbi Kəşfiyyat İdarəsi bildirib ki, Azov dənizində vurulan Rusiyaya aid “Buyan-M” sinifli kiçik raket gəmisi olub.
Hadisə Rusiyanın ilhaq etdiyi Krım yaxınlığında baş verib.
Bəyanata görə, gəmi “Kalibr” səyyar raketlərinin daşıyıcısı kimi fəaliyyət göstərirdi. Kəşfiyyatın “Ruhlar” adlı xüsusi qrupu hava dronu vasitəsilə gəminin radar sistemini hədəfə alıb. Daha sonra Aktiv Fəaliyyətlər İdarəsinə bağlı xüsusi qüvvələr gəmi üzərində əlavə zərbələr endirib.
Sonda bildirilib ki, Temryuk Körfəzi ərazisində fəaliyyət göstərən Rus raket gəmisi zərər görüb və bölgəni tərk etmək məcburiyyətində qalıb.