Geri çağırma, iki fərqli qadın ayaqqabı modelini əhatə edir. Birincisi, sarı rəngdə və arı naxışlı “Ballerina” tipi tekstil ayaqqabılar. Bu model 37, 38 və 39 ölçülərdə satışda olub. İkinci məhsul isə sarı və mavi rəngli limon naxışlı qadın tekstil ayaqqabısıdır. PVC altlığa malik bu model 38, 39 və 40 ölçülərdə satılıb.
“Netto”nun mətbuat açıqlamasına görə, geri çağırmanın səbəbi məhsulların Avropa Birliyi tərəfindən kimyəvi maddələri tənzimləyən “REACH” qaydalarına uyğun olmamasıdır. Testlər zamanı hər iki ayaqqabı modelində qaydalara uyğun olmayan maddələr aşkar olunub. Şirkət məhsulları dərhal satışdan çıxarmaq qərarı verib.
Məhsul məlumatları və kodları
“Ballerina” ayaqqabısı (Arı naxışlı)
Məhsul adı: “Textil Schuhe, Biene AOP”
Ölçülər: 37, 38, 39
Rəng: Sarı
“Warennummer”: 10958149
Qadın tekstil ayaqqabısı (Limon naxışlı)
Məhsul adı: “Damen Textilschuhe, Zitrone”
Ölçülər: 38, 39, 40
Rənglər: Sarı və mavi
Warennummer: 10994213
“Netto” bu ayaqqabılardan hər hansını almış müştərilərin məhsulu mağazaya gətirərək geri qaytara biləcəyini və istəsələr yeni məhsulla dəyişdirə və ya tam pul geri ala biləcəyini açıqlayıb. Kasa çeki tələb olunmur. Şirkət yaşanan narahatlığa görə müştərilərdən üzr istəyib və adıçəkilən ayaqqabıların dərhal rəflərdən yığışdırıldığını vurğulayıb.