Vaxt.Az

“Cəzasız qalmayacaq”


 

Rusiyanın hücumuna Almaniyadan sərt reaksiya

“Cəzasız qalmayacaq” Almaniya xarici işlər naziri Yohann Vadeful (Johann Wadephul), Rusiyanın Kiyevə həyata keçirdiyi və Avropa Birliyinin (AB) diplomatik nümayəndəlik binasının da hədəf alındığı hava hücumlarını kəskin şəkildə pisləyərək, Moskvaya qarşı daha sərt AB sanksiyalarının tətbiq oluna biləcəyini bildirib.

Tallinndə (Estoniya) keçirdiyi mətbuat konfransında Vadeful, “Rusiya bir daha Kiyevə hücum etdi və bombardman etdi, mülki insanlar öldü, uşaqlar öldü və AB-nin nümayəndəliyinə də zərbə endirildi”, – deyib.

Nazir Danimarkanın paytaxtı Kopenhagendə avqustun 29-30-da keçirilməsi planlaşdırılan toplantıya işarə edərək, “Bu, nəticəsiz qala bilməz. Bu nəticələri Kopenhagendə keçiriləcək Avropa Birliyi Şurasının müdafiə və xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə müzakirə edəcəyik”, – deyib

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya ordusunun paytaxt Kiyevə təşkil etdiyi hava hücumu nəticəsində 3-ü uşaq olmaqla 14 nəfər həlak olub, onlarla insan yaralanıb.

Avropa Şurası prezidenti Antoniu Kosta isə AB-nin diplomatik missiyasının Rusiya qəsdən zərbəsi nəticəsində zərər gördüyünü vurğulayaraq, Avropalıların bu hücumdan qorxmayacağını bəyan edib.

 





28.08.2025    çap et  çap et