Paşinyan jurnalistlərə verdiyi açıqlamada, AB-yə üzv olmaq qərarı verildikdən sonra AİB-dən çıxmaq məsələsinin uzun müddətdir gündəmdə olduğunu xatırladıb.
“Eyni anda həm AB, həm də AİB üzvlüyünün mümkün olmadığını bilirik. Yekun seçim zamanı çatanda Ermənistan AB ilə AİB arasında qərar verəcək,” – deyə Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, bütün mümkün ssenariləri nəzərdən keçirirlər və veriləcək qərar xalqın iradəsi, mövcud şərait, aparılacaq danışıqlar, ediləcək təhlillər və ortaya çıxacaq alternativlərlə birbaşa bağlı olacaq.