Vaxt.Az

Səfir nazirliyə çağırıldı


 

Böyük Britaniyadan Rusiyaya sərt reaksiya

Səfir nazirliyə çağırıldı Böyük Britaniya, Ukraynanın paytaxtı Kiyevə edilən Rusiya hücumları nəticəsində “British Council” binasının zərər görməsindən sonra Rusiyanın Londondakı səfiri Andrey Kelini Xarici İşlər Nazirliyinə çağırıb.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi (David Lammy) ABŞ mərkəzli “X” sosial media platformasında yaydığı açıqlamada, “(Rusiya prezidenti Vladimir) Putinin ötən gecəki hücumları mülki insanları öldürdü, evləri dağıtdı və Kiyevdəki ‘British Council’ və AB Nümayəndəliyi də daxil olmaqla binalara ziyan vurdu” ifadəsini işlədib.

Nazir Lammi bildirib ki, Rusiyanın Londondakı səfiri Kelinin Nazirliyə çağırılmasına qərar verilib və öldürmələrin, dağıntıların dayandırılmalı olduğunu vurğulayıb.

Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya ordusunun Kiyevə endirdiyi hava hücumunda 3-ü uşaq olmaqla 14 nəfərin həlak olduğunu, onlarla insanın isə yaralandığını açıqlamışdı.

Böyük Britaniyanın baş naziri Keir Starmer də Kiyevə edilən hava hücumu nəticəsində ölkəsinin xaricdə təhsil və mədəni fəaliyyətlərini həyata keçirən qurumu “British Council”ın binasının zərər gördüyünü bildirərək hücuma sərt reaksiya verib.

 





28.08.2025    çap et  çap et