Razılaşmalar çərçivəsində texniki təlimlərin təşkili, yerli işçi qüvvəsinin inkişaf etdirilməsi, həmçinin neft və qaz yataqlarının müasir idarəetməsi və inkişafına dair inteqrasiya olunmuş həllərin tətbiqi nəzərdə tutulur.
Suriya Energetika Nazirliyinin sözçüsü Əhməd Süleyman Anadolu Agentliyinə açıqlamasında, Səudiyyə Ərəbistanı mərkəzli “ACWA Power” şirkəti ilə su və bərpa olunan enerji sahəsində müqavilə imzalandığını bildirib.
Süleyman bu razılaşmanın Səudiyyə Ərəbistanı ilə yeni tərəfdaşlıqların əsasını qoyacağını deyib. Onun sözlərinə görə, ümumi gücü təxminən 2,5 qiqavatt olan külək və günəş enerjisi layihələri planlaşdırılır.
Sözçü vurğulayıb ki, bütün layihələr Suriya xalqına xidmət edəcək və yaxın illərdə enerji, neft və mədənçilik kimi strateji sahələrdə yeni təşəbbüslər həyata keçiriləcək.
İmzalanan sazişə əsasən, yaxın vaxtlarda sahələrdə texniki qruplar fəaliyyətə başlayacaq və külək, günəş elektrik stansiyaları üçün inşaat əraziləri müəyyən ediləcək.