Vaxt.Az

Kuk Trampı məhkəməyə verdi


 

Ağ Ev–FED arasında gərginlik getdikcə yüksəlir

Kuk Trampı məhkəməyə verdi ABŞ Mərkəzi Bankının (FED) İdarə Heyətinin üzvü Liza Kuk (Lisa Cook), ipoteka müraciətlərində saxtakarlıq etdiyi iddiaları əsasında Prezident Donald Trampın onu vəzifədən kənarlaşdırmaq cəhdinə qarşı məhkəmə iddiası qaldırıb. Bu addım FED-in müstəqilliyi ilə bağlı tarixi mübarizənin başlanğıcı kimi qiymətləndirilir.

Məhkəmə sənədlərinə görə, Kuk iddianı bu gün Vaşinqtondakı federal məhkəməyə təqdim edib.

Hadisə Trampın faiz endirimi tələblərinə qarşı çıxan Ağ Ev ilə FED arasında gərginliyin daha da artması deməkdir.

Növbəti günlərdə məhkəmənin verəcəyi qərarların, prezidentin addımlarının FED-in müstəqilliyinə mənfi təsir göstərə biləcəyinə dair investorların narahatlığını artıracağı gözlənilir.

Kuk iddianı, Trampın ona ünvanladığı məktubda maliyyə məsələsində aldadıcı və potensial olaraq cinayət xarakterli davranışlara yol verdiyi səbəbindən dərhal vəzifədən azad olunacağını bildirməsindən bir neçə gün sonra qaldırıb.

 





28.08.2025    çap et  çap et