Vaxt.Az

Hindistan barajları açdı


 

Pakistan sel fəlakəti yaşandı – 22 ölü

Hindistan barajları açdı Hindistan hökuməti musson yağışlarının güclü təsir etdiyi Ravi, Çənab və Sutlec çaylarındakı barajlarda yığılan suların boşaldılması barədə qərar qəbul edilib.

Bu addımdan sonra Pakistanın Pəncab əyalətində genişmiqyaslı sel fəlakəti qeydə alınıb.

Rəsmi məlumatlara görə, daşqın nəticəsində 22 nəfər ölüb, çox sayda insan itkin düşüb, təxminən 600 min nəfər isə təxliyə edilib.

Yüzlərlə kənd su altında qalıb, əkin sahələri ciddi ziyan görüb, bir neçə körpü dağılıb.

Çaylarda suyun yüksək axını səbəbindən yeni daşqın təhlükəsinin hələ də davam etdiyi xəbər verilib.

 





28.08.2025    çap et  çap et