İranın rəsmi xəbər agentliyi IRNA-ya görə, İngiltərə Xarici İşlər naziri Devid Lemi, Fransa Xarici İşlər naziri Jan-Noel Barro, Almaniya Xarici İşlər naziri Yoxan Vadeful və AB Ali Nümayəndəsi Kaja Kallasın da iştirak etdiyi Avropa rəsmiləri İran Xarici İşlər naziri Araqçı ilə telekonfrans görüşməsi keçirdi.
Görüşdə Avropalı nazirlər İranlı nazirə “snapback” mexanizmasını işə salmaq üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) rəsmi müraciət etmə niyyətlərini bildirdilər və eyni zamanda, məsələləri həll etmək və BMT sanksiyalarının geri dönməsini önləmək üçün 30 günlük müddət ərzində diplomatik həll tapmağa hazır olduqlarını vurğuladılar.
Araqçı isə Avropanın Tehrana BMT sanksiyalarını geri gətirə biləcək “snapback” mexanizmasını işə salmaq qərarını haqsız, hüquqa zidd və hüquqi əsasdan məhrum olaraq qiymətləndirdi.
İranın bu müddət ərzində məsələnin həlli üçün diplomatiyaya sadiq qaldığını və məsuliyyətli, yaxşı niyyətli yanaşma nümayiş etdirdiyini deyən Araqçı, İranın milli hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədilə bu hüquqa zidd və haqsız hərəkətə uyğun şəkildə cavab verəcəyini Avropalı rəsmilərə çatdırdı.
Araqçı nüvə sazişində Avropalı tərəflər İngiltərə, Fransa və Almaniyanın məsuliyyətli bir yanaşma mənimsəyərək və mövcud reallığı anlayaraq gələcəkdə bu yanlış hərəkəti uyğun şəkildə düzəldəcəyini ümid etdiklərini bildirdi.
İngiltərə, Fransa və Almaniya, ABŞ-ın 2018-ci ildə tək tərəfli çıxmasından sonra tətbiq edilməyən nüvə sazişində nəzərdə tutulan və “snapback” adlandırılan, İranın sazişi pozduğu təqdirdə BM sanksiyalarını avtomatik qaydada geri gətirmə imkanına malik mexanizmi işə salma qərarı almışdılar.
BMT sanksiyaları necə geri gətirilir?
Nüvə sazişini dəstəkləyən 2231 saylı BMTŞ qərarına görə, sazişə “qatılan” hər hansı dövlət, İranın sazişi əhəmiyyətli dərəcədə pozduğunu düşünürsə, Təhlükəsizlik Şurasına şikayət edə bilər. Məsələ BMT TŞ-yə çatdıqda, 30 günlük bir proses başlayır.
Bu müddət ərzində BMT TŞ-nin İrana qarşı sanksiyaların ləğvinin davam etməsi üçün yeni bir qərar qəbul etməsi tələb olunur. Bu qərarın daimi üzvlər Rusiya, Çin, ABŞ, Fransa və İngiltərə tərəfindən veto edilməməlidir.
Əgər qərar vaxtında qəbul edilməzsə, 2015-ci il sazişi çərçivəsində ləğv edilən BMT sanksiyaları avtomatik olaraq yenidən qüvvəyə minir. Şurada əlavə səsverməyə ehtiyac qalmır.
Mexanizmin işə salınması ilə 2006-2010-cu illərdə İrana qarşı çıxarılan 1696, 1737, 1747, 1803, 1835 və 1929 saylı qərarlar yenidən qüvvəyə minəcək.
Bu halda geri gətiriləcək sanksiyalar arasında silah embarqosunun yenidən tətbiqi, İranın nüvə başlığı daşıya biləcək raket inkişaf etdirməsinin qadağan edilməsi və yüzlərlə şəxs və quruma maliyyə və səyahət məhdudiyyətləri daxil olacaq.