Vaxt.Az

Fransa çörəkçilərinin üsyanı


 

Ən böyük supermarket şəbəkələri “baget”in qiymətini 0,29 avroya endirir

Fransa çörəkçilərinin üsyanı Fransanın Ən böyük supermarketlər “Lidl” və “Aldi”, “baget” çörəyinin qiymətini 29 sentə endirdi. Bu rəqəm 2022-ci ildən bəri görülməmiş bir səviyyədir. Lakin qiymət fərqi, supermarketlər və çörəkçilər arasındakı müzakirəni yenidən alovlandırdı.

Fransada 2022-ci ildə böyük mübahisə yaradan “29 sentlik baget” yenidən gündəmə gəldi. Həmin dövrdə “Leclerc”in başladığı qiymət tətbiqinə qarşı çıxan buğda istehsalçıları və çörəkçilər böyük mağaza şəbəkələrini dəyər zəncirini pozmaqda günahlandırmışdılar.

Aradan keçən illərdə qiymətlər yenidən yüksəlmiş, 2025-ci ilin əvvəlində supermarketlərdə orta qiymət 55 sentə çatmışdı. Lakin “Lidl”, bu ilin sentyabrdan etibarən qiyməti yenidən 29 sentə endirmək qərarına gəlib. “Aldi” də bu kampaniyaya qoşulub.

Supermarketlərdə “baget” qiyməti düşərkən, çörək sexlərində isə artmağa davam edir. “UFC-Que Choisir” məlumatına görə, 2025-ci ildə bir “baget”in qiyməti çörəkçi dükanlarında orta hesabla 1,09 Avro idi.

Milli Çörəkçi-Şirniyyatçılar Konfederasiyasının Prezidenti Dominik Anrakt bildirib ki, supermarketlərin sənaye sexlərində dondurulmuş xəmir istifadə olunur və əlavə olaraq qlüten qatılaraq daha uzun müddət saxlanması təmin edilir: “Bir çörəkçi gündə 400-600 “baget” hazırlayarkən, supermarketlər on minlərlə “baget”i maşınla istehsal edir. Əmək xərcləri bizdə ümumi xərclərin 40%-ni təşkil edir”.

 

Rəqabət yoxsa müştəri qazanma yarışı?

 

“Lidl” isə bu qiymətin tamamilə qanuni olduğunu və müştərilərə alım gücü qazandırmağı hədəflədiklərini bildirir. Şirkət, yüksək istehsal həcmiylə xərcləri azaltdığını və “baget”i simvolik məhsul kimi aşağı qiymətə təqdim etdiyini qeyd edir.

Lakin çörəkçilər bu siyasəti haqsız rəqabət olaraq qiymətləndirir. Çünki “baget”, supermarketlər üçün yalnız müştəri cəlb edən məhsul olsa da, kiçik müəssisələrin fəaliyyətini davam etdirməsi üçün mənfəətli olması şərtdir.

 





28.08.2025    çap et  çap et