Hessen, polis işində süni intellektdən istifadəyə hüquqi zəmin yaradan ilk əyalət olub. 2 fevralda qüvvəyə minən Polis Qanunundakı dəyişiklikdən sonra 10 iyuldan etibarən Frankfurt dəmir yolu vağzalının ətrafında yerləşdirilmiş kameralar süni intellekt dəstəyi ilə işləyir.
Posekin açıqlamasına görə, süni intellekt yalnız Frankfurtun mərkəzi vağzal ətrafında tətbiq olunur. Burada 50 sabit kamera quraşdırılıb. Sistem məhdud funksiyaya malikdir – hazırda ancaq itkin düşmüş şəxslərin və ya terror şübhəlilərinin axtarışında istifadə edilə bilər. Hər bir axtarış üçün isə məhkəmə qərarı tələb olunur.
Polis həmkarlar ittifaqı layihəni dəstəkləyərək, yüksək cinayət göstəricilərinə malik bölgənin bu yolla daha təhlükəsiz olacağını vurğulayıb. Ancaq Yaşıllar Partiyası CDU və SPD tərəfindən qəbul edilmiş təhlükəsizlik paketinə qarşı çıxır. Partiya məsələni Visbaden şəhərindəki Əyalət Konstitusiya Məhkəməsinə daşıyıb.